Rusiya XİN: Krım körpüsünə hücumla bağlı qərarlar ABŞ və Britaniyanın iştirakı ilə qəbul edilir

Krım körpüsünə hücumlarla bağlı qərarlar Amerika və Britaniya kəşfiyyat xidmətlərinin və siyasətçilərinin birbaşa iştirakı ilə Ukrayna rəsmiləri və hərbçiləri tərəfindən qəbul edilir.

 

Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Kiyev rejimi terrorçudur və beynəlxalq mütəşəkkil cinayətkar qruplaşmanın bütün əlamətlərinə malikdir. Qərarlar Ukrayna rəsmiləri və hərbçilər tərəfindən Amerika və Britaniya xüsusi xidmət orqanlarının və siyasətçilərinin bilavasitə iştirakı ilə qəbul edilir. Terrorçu dövlət strukturuna ABŞ və Britaniya başçılıq edir”, – deyə Rusiya XİN sözçüsü “Telegram” kanalında yazıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir