İsrail və İran arasında eskalasiya regionda sabitlik və təhlükəsizliyə real təhdidlər yaradır.
Azinformasiya.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İsrailin İrana hava zərbələri ilə bağlı bəyanatında bildirilib.
Qeyd olunub ki, Rusiya bütün tərəfləri təmkin göstərməyə və zorakılığı dayandırmağa çağırır.
Rəsmi Moskva qarşıdurmanın səviyyəsini azaltmaq üçün hər kəslə işləməyə hazır olduğunu bəyan edib.
Rusiya XİN-dən, həmçinin bildirilib ki, İranda yaşayan rusiyalılar da daxil olmaqla mülki əhali arasında ölən və yaralananlar barədə məlumat daxil olmayıb.
Azinformasiya.az