Rusiya XİN: İŞİD Suriyada yenidən baş qaldıra bilər

İŞİD-in Suriyada yenidən baş qaldırması ilə bağlı real təhlükə mövcuddur.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

“Bu, narahatedici məqamdır. Mən istəməzdim ki, ölkə qeyri-sabitlik mənbəyinə, terror təhdidləri mənbəyinə çevrilsin. Heyət Təhrir əş-Şamın, eləcə də digərlərinin beynəlxalq səviyyədə tanınan və ya ayrı-ayrı ölkələr tərəfindən tanınan statusu, əlbəttə ki, hamıya məlum mövzudur. Görünür, bu, bu və ya digər şəkildə həll edilməli olacaq”, – Ryabkov vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir