Rusiya XİN: Haniyənin qətli qəbuledilməzdir

HAMAS liderinin öldürülməsi regionda münaqişəni daha da alovlandıra bilər.

 

Azinformasiya.az  “kp.ru”ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.

O bu hadisəni siyasi sifariş adlandırıb və qəbuledilməz olduğunu bildirib. M. Boqdanov, həmçinin qeyd edib ki, baş vermiş qətl birmənalı olaraq Qətərdəki danışıqlara neqativ təsir edəcək.

Qeyd edək ki, HAMAS lideri İsmayıl Haniyə Tehrana səfəri zamanı olduğu iqamətgaha raket zərbəsi nəticəsində öldürülüb. Hadisədə onun cangüdəni də həlak olub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir