“Ermənistan tərəfinin yanaşmalarında çox şey aydın deyil”.
Azinformasiya.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Ermənistanın yanaşmalarına aydınlıq gələndə ümumi mənzərə də aydınlaşacaq:
“Moskva regional təhlükəsizlik üçün də vacib olan kifayət qədər ciddi mövzularda İrəvanın mövqeyində uyğunsuzluqlar görür. Rusiya Ermənistanın rəsmi nümayəndələrinin hansı fikirdə olduğunu, ikitərəfli kanallar vasitəsilə aydınlaşdırmağa çalışır”.
Zaxarova deyib ki, Moskva vasitəçi kimi İrəvanla Bakı arasında münasibətlərin normallaşması üçün hər şeyi edir.