Rusiya XİN: Ermənistan-Azərbaycan sərhədində vəziyyət sabitləşib

Rusiya Azərbaycan və Ermənistan tərəfini vəziyyəti gərginləşdirməkdən çəkinməyə çağırıb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə mayın 11-12-də Ermənistan-Azərbaycan şərti sərhədində, Zod yaşayış məntəqəsində baş verən insident barədə danışarkən bildirib.

“Hal-hazırda vəziyyət sabitləşib. Biz Azərbaycan və Ermənistan tərəfini vəziyyəti gərginləşdirməkdən çəkinməyə çağırırıq. Hesab edirik ki, bütün mübahisəli məsələlərin həlli siyasi-diplomatik metodlarla baş tutmalıdır. Biz buna hər cür yardım etməyə hazırıq, həmçinin mayın 19-da keçirilməsi planlaşdırılan üçtərəfli görüşlərdə, hansı ki, mən artıq bunun anonsunu vermişəm”, – deyə Zaxarova qeyd edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir