Rusiya XİN: “Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi asan getmir, ancaq sülhün alternativi yoxdur”

“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi asan getmir, bunu hamımız çox yaxşı görür və başa düşürük, ancaq sülhün alternativi yoxdur. Bununla bağlı məsələlər, xüsusilə də dünən Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündə müzakirə olunub”.

 

Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Biz qeyd edilən təmasların yaxın aylarda baş tutacağını gözləyirik”, – o qeyd edib.

Rusiya XİN sözçüsü vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında barışıq prosesi humanitar sahəni də əhatə etməlidir: “Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2022-ci il oktyabrın 31-dəki üçtərəfli bəyanatında qeyd olunduğu kimi, ictimaiyyət nümayəndələri, ekspertlər, Azərbaycan və Ermənistanın dini liderləri arasında danışıqların davam etdirilməsi üçün Rusiyanın yardımı ilə müsbət ab-havanın yaradılması vacibdir”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir