BMT Rusiya ilə taxıl və gübrələrə dair memorandumu yerinə yetirərsə, Rusiya Taxıl Sazişinin müzakirəsinə qayıda bilər.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə əsasən, memorandumu həyata keçirmək üçün BMT-nin daha üç ay vaxtı var.
“Təkcə bu halda Moskva sövdələşməni nəzərdən keçirməyə qayıdacaq”, – Rusiya XİN sözçüsü diqqətə çatdırıb.
Azinformasiya.az