Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistanın NATO sammitinə dəvət olunmasına münasibət bildirib.
Azinformasiya.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Andrey Nastasin Qərbin Azərbaycan və Ermənistanı NATO sammitinə dəvət etməkdə hansı məqsəd güddüyünü açıqlayıb.
“Qərb Bakı və İrəvanı NATO sammitinə dəvət etməklə Moskvanın dostlarını onunla əməkdaşlıqdan uzaqlaşdırmaq istəyir. Bu cür təşəbbüs fəlakətli nəticələrə gətirib çıxardı. Balkanlar, Əfqanıstan, Liviya, İraqı xatırlamağa dəyər”, – Rusiya XİN rəsmisi vurğulayıb.
Rusiya Xarici İşlər Nazirliyi ümid edir ki, İrəvan və Bakı NATO reseptlərinin region üçün təhlükəsini başa düşür:
“Vaşinqtona dəvət təşkilatın yubiley ilində NATO-ya dəstəyi nümayiş etdirmək məqsədi daşıyır. Ermənistanı silahla doldurmaqla onun müdafiə sektorunu bərpa etməyə çalışır, KTMT daxilində mövcud mexanizmləri sıradan çıxarırlar.
NATO emissarları da Bakıya səfərlər edir, Ermənistanla Azərbaycan arasında sülh münasibətlərinin inkişafına töhfə vermirlər”.
Rusiya XİN rəsmisi, həmçinin qeyd edib ki, Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi regional məsuliyyət prinsipi çərçivəsində region ölkələrinin özləri təmin edə bilər və təmin etməlidir.
Azinformasiya.az