“İnsidentlərdən qaçmaq üçün Azərbaycan-Ermənistan sərhədində delimitasiya prosesinin başlaması vacibdir”.
AZİNFORMASİYA.AZ “Report”-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mayın 18-də yaydığı bəyanatda bildirilib.
Qeyd edilib ki, Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə izləyir, hərbi xətlə və sərhəd xidməti üzrə operativ əməliyyatı dəstəkləyir: “Ölkələrin hərbi xətti və sərhəd xidməti üzrə əməliyyat əlaqələri dəstəklənir. Rusiya tərəfi gərginliyi azaltmaq üçün Bakı və Yerevanla ən yüksək və ali səviyyədə davamlı təmas saxlayır”.