Rusiya Xarici İşlər Nazirliyinə çağırılan ABŞ səfirinə dövlətə xəyanətdə təqsirli bilinən Kara-Murzaya dəstək bildirdiyinə görə sərt etiraz bildirilib.
Azinformasiya.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Bu cür bəyanatların Rusiyanın daxili işlərinə açıq-aşkar müdaxilə olduğu, ikiüzlü və gülünc göründüyü bildirilib.
Qeyd olunub ki, Vaşinqtonun Rusiya cəmiyyətində nifaq və düşmənçiliyi qızışdırmağa istiqamətlənmiş istənilən addımının qarşısı ciddi şəkildə alınacaq.
Azinformasiya.az