Rusiya XİN: ABŞ-nin Ukrayna ilə bağlı mövqeyində dəyişiklik görmürük

Rusiya hələ ki ABŞ-nin Ukrayna ilə bağlı mövqeyində dəyişiklik görmür.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Onun sözlərinə əsasən, Trampın komandası Rusiya ilə dialoqun bərpasında maraqlıdır, Moskva Vaşinqtonla dialoqa hazırdır:”Hazırda Rusiya ilə ABŞ arasında ən yüksək səviyyədə təmaslara dair heç bir razılaşma yoxdur”.

Ryabkov qeyd edib ki, ABŞ-nin siyasəti nüvə silahının yayılmaması rejimini pozur və ona nəzarət zəifləyir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir