ABŞ-ın Yəmənə endirdiyi zərbələr BMT Təhlükəsizlik Şurasının qətnamələrinin təhrif edilməsinə və regionda vəziyyəti gərginləşdirmək üçün beynəlxalq hüquqa tam məhəl qoymamağa növbəti bir nümunədir.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Telegram” kanalında yazıb.
“ABŞ-ın Yəmənə qarşı hava zərbələri anqlo-saksonların öz dağıdıcı məqsədləri üçün regionda vəziyyəti gərginləşdirmək adı ilə BMT Təhlükəsizlik Şurasının qətnamələrini təhrif etmələrinin və beynəlxalq hüquqa tam məhəl qoymamalarının növbəti nümunəsidir” – deyə Zaxarova vurğulayıb.
Azinformasiya.az