Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Ukraynaya kaset bombası tədarükü ilə bağlı qərarına münasibət bildirib.
Azinformasiya.az xəbər verir ki, Rusiya XİN-nin saytında yerləşdirilən bəyanatda bu qərarın ABŞ-ın Ukraynadakı münaqişəni və müharibəni son ukraynalıya kimi uzatmağa yönəlmiş aqressiv anti-Rusiya kursunun növbəti açıq təzahürü olduğu bildirilib.
“Bu qərar Ukraynanın çox reklam olunan “əks-hücum”unun uğursuzluğu fonunda çarəsizlik jesti və gücsüzlüyünün sübutudur. Bu, mülki əhali arasında itkilərdən asılı olmayaraq hazırkı Ukrayna hakimiyyətinin ağrı-acısını uzatmaq üçün kinli cəhddir. Vaşinqton əslində ərazinin minalanmasında şərik olacaq və partlayışlar nəticəsində ölənlərin, eləcə də rusiyalı və ukraynalı uşaqların məsuliyyətini tam bölüşəcək.
Beynəlxalq ictimaiyyətin bu aydın faktları rədd etməyə haqqı yoxdur və onlara adekvat cavab verməlidir”, deyə bəyanatda qeyd olunub.
Azinformasiya.az