Rusiya Xarkovda dinc əhaliyə atəş açıb, 5 nəfər ölüb, 3 nəfər yaralanıb

Bu gün səhər saatlarında Rusiya ordusunun Xarkovda humanitar yardımın paylanmasını gözləyən dinc əhaliyə atəş açması nəticəsində 5 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

 

Azinformasiya.az UNIAN-a istinadən xəbər verir ki, əməliyyat zamanı reaktiv yaylım atəş sistemindən istifadə edilib.

Hadisə vilayətin İzyumsk rayonunun Borovskaya inzibati ərazi vahidində baş verib.

Əraziyə istintaq-əməliyyat qrupu və kriminalistlər cəlb olunub, araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir