Ötən gecə Rusiya Silahlı Qüvvələri “Şahed” pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynanın Xarkov şəhərinə hücum ediblər.
Azinformasiya.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə şəhər meri İqor Terexov məlumat yayıb.
O, ümumilikdə şəhərə 25 ədəd zərbə dronunun buraxıldığını bildirib.
Nəticədə 19 nəfər xəsarət alıb. Zərərçəkənlər arasında gənc hamilə qadın və bir uşaq da var.
Azinformasiya.az