Şimali Koreya və Rusiya xarici işlər nazirləri görüşüb.
Azinformasiya.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Görüşün mətbuata açıq hissəsində Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, Vaşinqton və onun regional müttəfiqlərinin Şimali Koreyanın təhlükəsizliyinə təhdidlər yaratmaq siyasəti yarımadadakı problemin həllinə kömək etmir.
“Biz gərginliyin artmasına səbəb olan istənilən addımdan imtina etməyə çağırış etməyə davam edəcəyik”, – Lavrov Şimali Koreya XİN rəhbəri Çoi Sonq-hi ilə görüşündə vurğulayıb.
O bildirib ki, görüşdə Koreya yarımadasındakı vəziyyət müzakirə mövzusu olacaq: “Biz Koreya yarımadasındakı, ümumilikdə Şimal-Şərqi Asiyada vəziyyətlə bağlı məxfi dialoqumuzu davam etdirmək istərdik”, – Rusiya XİN başçısı qeyd edib.
Lavrov, eyni zamanda Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen Inın “Vostoçnı” kosmodromunda keçirilən sammitində əldə olunmuş razılaşmaların həyata keçirilməsinin ilkin nəticələrin’ diqqət çəkərək: “Artıq müvafiq işlər fəal şəkildə aparılır”, – deyə vurğulayıb.
Lavrovun sözlərinə əsasən, Moskva Rusiyanın Ukraynada “xüsusi hərbi əməliyyatı”nda Şimali Koreyanın dəstəyini yüksək qiymətləndirir, habelə beynəlxalq platformalarda KXDR ilə əməkdaşlığı səmərəli dəyərləndirir.
Şimali Koreya XİN başçısı isə Şimali Koreya ilə Rusiya arasındakı dostluq münasibətləri barədə danışıb.
Azinformasiya.az