Rusiya və İran müdafiə nazirləri Moskvada görüşüb

İranın müdafiə naziri Əziz Nəsirzadə Moskvada rusiyalı həmkarı Andrey Belousovla görüşüb, tərəflər hərbi sahədə əməkdaşlığı müzakirə ediblər.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib.

“Görüşün məqsədi müdafiə və hərbi sahələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi idi”, – o İRNA-ya müsahibəsində deyib.

Səfirin sözlərinə əsasən, Nəsirzadə iyulun 20-də İranın Ali Rəhbərinin müşaviri Əli Laricaninin Rusiya Prezidenti Vladimir Putinlə Kremldə görüşündə də iştirak edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir