Rusiya və İran hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə ediblər

Rusiya Federasiyası və İran müdafiə nazirlərinin müavinləri danışıqlar aparıb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Aleksandr Fomin və Höcətulla Koreyşi arasında danışıqlar əsnasında Rusiya və İran arasında ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib.

Həmçinin tərəflər regional təhlükəsizlik və beynəlxalq vəziyyət kimi məsələlərə diqqət yetiriblər.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir