Bu gün səhər saatlarında Rusiya Silahlı Qüvvələri Ukraynaya növbəti dəfə “Kinjal” hipersəs raketləri ilə zərbələr endirib.
Azinformasiya.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirib ki, Rusiya ordusu yüksək dəqiqlikli, uzaqmənzilli, dəniz və hava bazalı silahlar, həmçinin Kinjal” hipersəs raket sistemi, habelə pilotsuz uçuş aparatları ilə Ukraynanın hərbi-sənaye kompleksinin 155, 152 mərmi və 125 mm-lik mərmi, barıt və pilotsuz uçuş aparatları istehsal edən obyektlərinə qrup zərbəsi endirib.
“Zərbənin hədəfinə müvəffəq olunub, təyin olunmuş hədəflərin hamısı vurulub”, deyə Rusiya MN-in məlumatında qeyd olunub.
Azinformasiya.az