Rusiyanın ötən gecə Dneprə atdığı raketlərdən biri beşmərtəbəli yaşayış binasını hədəfə alıb.
Azinformasiya.az UNIAN-a istinadən xəbər verir ki, nəticədə tikilinin bir hissəsi yanaraq yararsız hala düşüb.
Xilasetmə işləri zamanı dağıntılar altından 6 nəfər çıxarılaraq xəstəxanaya yerləşdirilib.
Krivoy-Roq şəhərindəki infrastruktur obyektlərindən birinə hava hücumu zamanı isə bir nəfər həlak olub, doqquzu yaralanıb. Bunu jurnalistlərə şəhərin meri Boris Filatov bildirib.
Pavloqrad şəhəri də raket zərbələrinə məruz qalıb. Nəticədə iki nəfər ölüb, 15 nəfər ağır xəsarətlər alıb. Aviahücum zamanı şəhərdəki müəssisələrdən biri sıradan çıxarılıb.
Sinelnikova da raket hücumu olub. Bu zaman aralarında azyaşlı uşaqlar da olmaqla, ölən və yaralananların olduğu açıqlanıb. Şəhərdə 4 fərdi ev dağılıb, səkkizi isə yararsız hala düşüb.
Azinformasiya.az