Rusiya Ukrayna Silahlı Qüvvələrinin əsir düşmüş 5 yaralı hərbçisini öz ölkəsinə qaytarıb.
Azinformasiya.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Tatyana Moskalkova bildirib.
Qeyd edək ki, müharibə başlayandan indiyə kimi Rusiya və Ukrayna arasında baş tutan əsir mübadilələri nəticəsində hər iki tərəfdən yüzlərlə hərbçi öz ölkəsinə qaytarılıb.
Azinformasiya.az