Rusiya Ukraynanın Kupyansk rayonuna zərbələr endirib, ölənlər var

Rusiya hərbi qüvvələri Ukraynanın Kupyansk rayonuna zərbələr endirib, ölənlər və yaralananlar var.

 

Azinformasiya.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Xarkov Hərbi Admnisitrasiyasının rəhbəri Oleq Sinequbov bildirib.

“İşğalçılar Kupyansk rayonuna zərbələr endiriblər. Həkimlər tərəfindən verilən ilkin məlumata əsasən, Podilı kəndində atəş nəticəsində 2 nəfər ölüb, daha 1 nəfər yaralanıb. Məlumatlar dəqiqləşdirilir. Düşmən mülki obyekti yerli sakinlərin gün ərzində olduğu kafeni vurub”, – Sinequbov diqqətə çatdırıb.

O, həmçinin qeyd edib ki, hadisə yerində polis və təcili yardım xidmətləri işləyir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir