Rusiya Ukraynada mədən işçilərini daşıyan avtobusa zərbə endirib, 15 nəfər ölüb

Rusiya ordusu Dnepropetrovsk bölgəsində enerji işçilərinə qarşı hədəflənmiş hava hücumu həyata keçirib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə “Unian” məlumat yayıb.

Məlumata əsasən, Rusiya dronları Dnepropetrovsk bölgəsinin Pavloqrad rayonundakı Ternovska mədəni yaxınlığında enerji şirkətinə məxsus xidməti avtobusa zərbə endirib.

Hücum nəticəsində 15 mədən işçisi həlak olub, daha 7 nəfər yaralanıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir