Avqustun 20-nə keçən gecə Rusiya ordusu Rusiyanın Sumı vilayətinin Axtırka şəhərinə kütləvi dron hücumu edib.
Azinformasiya.az UNİAN-a istinadən xəbər verir ki, hücum nəticəsində 10-dan çox insan yaralanıb, onların arasında iki uşaq da var.
Bundan başqa, onlarla “Shahed” tipli kamikadze dronu Odessanın İzmail rayonuna hücum edib. Burada mülki obyektlərə ziyan dəyib, bir nəfər yaralanıb.
“Hava hücumundan müdafiə qüvvələrinin fəal işləməsinə baxmayaraq, təəssüf ki, bəzi dronlar hədəfə çatıb. Hücum nəticəsində liman infrastrukturuna ziyan dəyib, yanğınlar baş verib”, – deyə administrasiyadan bildirilib.
Hücum nəticəsində istehsalat obyektlərinə də ziyan dəyib. İlkin məlumata əsasən, bir nəfər xəsarət alıb.
Regionun Fövqəladə Hallar Dövlət Xidmətinin mətbuat xidmətinin məlumatına əsasən, hücum nəticəsində yanacaq-enerji infrastrukturunda genişmiqyaslı yanğın baş verib.
Azinformasiya.az