Rusiya TŞ: Qərb Qazaxıstanla münasibətlərimizi gərginləşdirməyə çalışır

Qərb Rusiya ilə Qazaxıstan arasında münasibətləri gərginləşdirməyə çalışır.

 

Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov təhlükəsizlik məsələləri üzrə Rusiya-Qazaxıstan məsləhətləşmələri zamanı bildirib.

O qeyd edib ki, anqlosakslar bütün dünyada parazitlik etməyə öyrəşiblər, ona görə də MDB məkanını özlərinə təhlükə kimi görürlər.

“Qərb dövlətləri müstəqil dövlətlərin daxili işlərinə birbaşa və qeyri-etik formada müdaxilə edərək, Rusiya ilə Qazaxıstan arasında əlaqələrə mənfi təsir göstərməyə çalışırlar.

ABŞ-la müttəfiqləri internet və sosial şəbəkələr də daxil olmaqla, millətçi hissləri qüvvətləndirməyə, böhtan yaymağa, ictimai rəyi manipulyasiya etməyə çalışırlar.

Bu da suveren dövlətlərin daxili işlərinə birbaşa və etikadan kənar müdaxilədir”, – deyə Şevtsov diqqətə çatdırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir