Rusiya Silahlı Qüvvələri Nikolayevi atəşə tutub, 1 dinc sakin ölüb, 23-ü yaralanıb

Rusiya Silahlı Qüvvələri ötən gecə Ukraynanın Nikolayev vilayətini raket atəşinə tutub.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelensk “Telegram” da yazıb.

O bildirib ki, vilayətə Qara dənizdən 4 “Kalibr” raketi atılıb. Nəticədə 1 mülki şəxs ölüb, 23 nəfər isə yaralanıb. Məlumata əsasən, yaralananlardan 1-i uşaqdır.

“İşğalçı ölkə bu müharibənin əsas məqsədinin terror aktları törətmək və ukraynalıların hamısını məhv etmək olduğunu sübut etməyə davam edir. Cinayətlərdə əli olan hər kəs məsuliyyətə cəlb olunacaq”, – V.Zelenski qeyd edib.

 

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir