Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd Qoşunları Ukrayna ərazisindən Rusiyan sərhədinin pozulmasının qarşısını alıb.
Azinformasiya.az TASS-a istinadən xəbər verir ki, bunu Kursk vilayətinin qubernatoru Aleksey Smirnov deyib.
O bildirib ki, silahlı şəxslər Ukrayna ərazisindən Kursk vilayətinin iki rayonu istiqamətində Rusiyaya qanunsuz daxil olmağa cəhd göstərib. Ancaq hər iki halda Rusiya sərhədçiləri tərəfindən bu cəhdlərin qarşısı alınıb.
Qubernator silahlı şəxslərin dövlət sərhədi pozaraq Rusiya ərazisinə keçməsi barədə sosial şəbəkələrdə yayılmış məlumatları əsassız adlandırıb, ictimaiyyəti yalnız rəsmi məlumatlara etibar etməyə çağırıb.
Azinformasiya.az