Rusiya səfiri İspaniya XİN-ə çağırılıb

Rusiyanın İspaniyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə “El Confidential” nəşri öz mənbələrinə istinadən yazıb.

Rusiyanın İspaniyadakı səfiri Yuri Klimenkonun “Twitter“də yayımlanan video ilə bağlı izahat vermək üçün ölkənin Xarici İşlər Nazirliyinə çağırıldığı qeyd olunub.

Səfirin sosial şəbəkə hesabında İspaniya hökumətinə qarşı iddialar səsləndirdiyi və Rusiyaya qarşı döyüşmək üçün İspaniyanın Ukraynaya qoşun yeritdiyi bildirilib.

Eyni zamanda qeyd olunub ki, İspaniya Müdafiə Nazirliyi ispan hərbçilərinin Ukraynada olması ilə bağlı səsləndirilən iddiaları əsassız adlandırıb və bu cür məlumatları təkzib edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir