Rusiya qüvvələri Zaporojye vilayətini atəşə tutub, ölənlər və yaralananlar var

Rusiya qüvvələri Ukraynanın Zaporojye vilayətində yerləşən Kamışevax kəndində çoxmərtəbəli binanı atəşə tutub, ölənlər və yaralananlar var.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Zaporojye Regional Hərbi Administrasiyasının rəhbəri Yuri Malaşko “Telegram” hesabında bildirib.

“Düşmənin kənddə çoxmərtəbəli binanı atəşə tutması nəticəsində 41, 84 və 87 yaşlı qadınlar, eləcə də 21 yaşlı kişi xəsarət alıb. Zərərçəkənlər dərhal tibb müəssisəsinə çatdırılıb”.

O, həmçinin daha iki nəfərin – 44 ​​və 77 yaşında iki qadının aldığı xəsarətlərdən həyatını itirdiyini qeyd edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir