Rusiya qüvvələri Slavyanska S-300-lə raket atıb, ölən və yaralananlar var

Rusiya qüvvələri Slavyanskı atəşə tutub.

 

Azinformasiya.az xəbər verir ki, bu haqda Ukrayna Prezidenti Vladimir Zelenski “Facebook” hesabında paylaşım edib.

“Rusiya Federasiyası tərəfindən terrorla başlayan başqa bir gün. İşğalçı dövlət bizim Slavyanskımızı atəşə tutub. Təəssüf ki, ölən və yaralananlar var. Bütün xidmətlər hadisə yerində çalışır. Yardım göstərilir. Dağıntıların təmizlənməsi davam edir.

Düşmən bilməlidir: Xalqımıza verilən işgəncələri bağışlamayacağıq, Ukrayna bu ölümləri və yaraları bağışlamayacaq. Bütün rus terrorçuları məğlub olacaq. Bu təcavüzdə əli olan hər kəs cavab verəcək”, – Zelenski qeyd edib.

Qeyd edək ki, Slavyanska raket zərbəsi zamanı 2 nəfər həyatını itirib, 29 nəfər yaralanıb. Yaralılardan birinin uşaq olduğu bildirilir.

Zərbə iki ədəd S-300 raketləri ilə endirilib, nəticədə 7 çoxmərtəbəli, 5 fərdi ev zədə alıb.

Bundan başqa, qonşu Drujovka kəndinə də raket zərbəsi endirilib. İki ədəd S-300 raketi Drujovka internat evinə düşüb və onu tamamilə məhv edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir