Rusiya Prezidenti Ukraynaya qoşun göndərməyi düşünən Qərb dövlətlərinə xəbərdarlıq edib

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qoşun göndərməyi düşünən Qərb dövlətlərinə xəbərdarlıq edib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Prezident Putin Federal Məclisə illik müraciəti zamanı bildirib.

“Onlar (Qərb) başa anlamalıdırlar ki, bizim də onların ərazilərində hədəflərə zərbə vura biləcək silahlarımız var”, – Rusiya lideri qeyd edib.

Putin, həmçinin deyib ki, ruslar Qərbdən gələn “rusofobiya”nın qurbanıdır. O, ruslara qarşı bu cür yanaşmanı “ağılsızlıq” adlandırıb.

“Suveren, güclü Rusiya olmadan sabit dünya nizamı ola bilməz”, – Putin vurğulayıb.

“Rusiyaya müdaxilə etmək istəyənlərin üzləşəcəyi nəticələr keçmiş dövrlərlə müqayisədə daha faciəli olacaq. Ölkəmizə yeni müdaxilə cəhdləri nüvə silahının tətbiqi ilə genişmiqyaslı münaqişə təhlükəsi yaradır”, – o diqqətə çatdırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir