Rusiyanın Romnidəki məktəbə hücumu nəticəsində həyatını itirənlərin sayı 4 nəfərə çatıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko “Telegram”da yazıb.
Onun sözlərinə əsasən, Dövlət Fövqəladə Hallar Xidmətinin xilasediciləri məktəb direktoru, direktor müavini, katib və kitabxanaçının meyitlərini dağıntıların altından çıxarıb.
Klimenko bildirib ki, dağıntıların altından ölənlərin meyitlərinin çıxarılması əməliyyatı yekunlaşıb.
“Bundan başqa, partlayış zamanı təhsil müəssisəsinin yanından keçən 4 yerli sakin xəsarət alıb. Fotoda məktəbin xarabalıqları arasında sığınacağa salamat qalmış giriş var. Təəssüf ki, insanlar həyəcan siqnalı zamanı təhlükəsiz yerə enməyiblər. Düşmənimiz məkrlidir. Dinc şəhərləri dağıtmaq, dinc əhaliyə qarşı terror törətmək rus işğalçılarının vəhşi ənənəsidir. Buna görə təhlükəsizlik qaydalarına riayət etmək vacibdir: həyəcan siqnalı verilir – sığınacağa gedin. Özünüzün və yaxınlarınızın qayğısına qalın”, – nazir diqqətə çatdırıb.
Qeyd edək ki, bu gün Sumı vilayətinin hərbi administrasiyası məlumat yayıb ki, saat 10:05-də Rusiyanın “Şahed” tipli pilotsuz uçuş aparatı Romnı şəhərində təhsil müəssisəsini vurub.
Azinformasiya.az