Rusiya ordusunun bu gün günorta saatlarında Dnepropetrovsk vilayətinin Nikopol şəhərini artilleriya atəşinə tutması nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə məlumatı Dnepropetrovsk Vilayət Dövlət Administrasiyasının rəhbəri Vladislav Qayvanenko “Telegram” kanalında açıqlayıb.
Onun sözlərinə əsasən, hücum nəticəsində ölənlər 76 yaşlı qadın və 51 yaşlı kişi olub.
Artilleriya zərbəsi nəticəsində daha 2 nəfərin yaralandığı və şəhərdəki bir neçə çoxmənzilli yaşayış binasının zədələndiyi bildirilir.
Azinformasiya.az