Rusiya ordusu ötən gecə Ukraynanın Xerson vilayətini atəşə tutub.
Azinformasiya.az xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin “Telegram”da yazıb.
Bildirilib ki, hücum nəticəsində 2-si uşaq olmaqla 7 nəfər həlak olub.
Məlumata əsasən, Rusiyanın hərbi təcavüzü nəticəsində 13 nəfər yaralanıb.
Azinformasiya.az