Rusiya Silahlı Qüvvələri dünən Ukraynanın Xerson vilayətini 55 dəfə atəşə tutub, nəticədə 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
Azinformasiya.az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bununla bağlı Xerson Regional Hərbi Administrasiyasının rəhbəri Oleksandr Prokudin açıqlama verib.
Bildirilir ki, vilayət ərazisinə minaatanlardan, artilleriya qurğularından, QRAD, tank, aviasiya, tank əleyhinə raket sistemləri və PUA-lardan ümumilikdə 300 mərmi atılıb.
Azinformasiya.az