Rusiya ordusu Ukraynanın Sumı vilayətini atəşə tutub, ölənlər var

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Sumı vilayətini atəşə tutması nəticəsində iki dinc sakin həlak olub.

 

Azinformasiya.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, zərbələr nəticəsində 20 nəfər yaralanıb, onlardan üçü xəstəxanaya yerləşdirilib.

Həmçinin peşə təhsili müəssisəsinin binaları dağıdılıb və zədələnib, iki yataqxanaya da ziyan dəyib.

Qeyd edək ki, Sumı vilayəti Rusiya ilə həmsərhəd olduğu üçün Rusiya ordusu müharibənin ilk günlərindən rayonun ərazisini ələ keçirməyə cəhd ediblər. Ancaq keçən ilin yazında Ukrayna hərbçiləri bu ərazini Ukraynanın nəzarətinə qaytarıblar.

Rusiya hərbçiləri hər gün bölgəni minaatan və artilleriyadan atəşə tutur.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir