Rusiya ordusu Ukrayna şəhərlərini raket atəşinə tutub

Ukraynanın Kiyev vilayəti Rusiya ordusu tərəfindən raket atəşinə tutulub.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.

Merin sözlərinə əsasən, Rusiya Silahlı Qüvvələri “Kinjal” hipersəs raketləri ilə zərbələr endirir.

Qeyd edək ki, Kiyev vilayəti ilə yanaşı Ukraynanın Xmelnitski, Vinnitsa və bir sıra qərb vilayətləri raket atəşinə tutulub. Hücum nəticəsində dağıntılar, ölən və yaralananlar barədə məlumat yoxdur.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir