Rusiya ordusu Odessaya dronla zərbə endirib, 7 nəfər yaralanıb

Rusiya ordusunun Odessa şəhərinə pilotsuz uçuş aparatları ilə hücumu nəticəsində şəhərin enerji infrastrukturuna ciddi ziyan dəyib, yeddi nəfər xəsarət alıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə “Unian“ Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiperə istinadən məlumat yayıb.

Məlumata əsasən, energetika obyektində baş verən yanğın qısa müddətdə nəzarətə götürülüb. Yerli xidmətlər ziyan dəymiş infrastrukturu bərpa etmək və sakinlərə yardım göstərmək üçün işlərini davam etdirir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir