Rusiya müdafiə nazirinin müavini Mizintsevin vəzifəsindən azad edildiyi bildirilir

Rusiya müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini general-polkovnik Mixail Mizintsev vəzifəsindən azad edilib.

 

Azinformasiya.az “gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə Ümumrusiya Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin hərbi müxbiri Aleksandr Sladkov “Telegram”da yazıb.

Bu qərarın verilmə səbəbi barədə məlumatı olmadığını bildirən müxbir, eyni zamanda Mizintsevin vəzifədə bir ildən az müddət ərzində qaldığını xatırladıb və onun işdən çıxarılmasının səbəbi kimi qəflətən yaranan böyük bir narazılığın olması fikrini ortaya atıb.

Həmçinin Rusiya KİV-də bəzi mənbələr tərəfindən bu qərarın verilməsinə səbəb kimi ölkə Prezidenti Vladimir Putinin bu yaxınlarda ön cəbhəyə səfəri zamanı aşkar olunan çatışmazlıqlar göstərilib.

Qeyd edək ki, Mizintsev bu vəzifəyə keçən ilin 24 sentyabr tarixində təyin edilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir