Rusiya MN Ukraynanı Trampın sülh təşəbbüsünü pozmaqda ittiham edib

Sudja qazölçən stansiyasının partladılması və Rusiyanın enerji infrastrukturuna son zərbələr ABŞ Prezidenti Donald Trampın sülh təşəbbüslərini nüfuzdan salmağa yönəlmiş Ukrayna təxribatıdır.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayəti ərazisindən geri çəkilən bölmələri tərəfindən Rusiyanın mühüm enerji obyektinin partladılması Kiyevin qəsdən törətdiyi təxribatdır: “Buna, həmçinin Rusiya Federasiyasının enerji infrastrukturuna son zərbələrə ABŞ Prezidentinin sülh təşəbbüslərini nüfuzdan salmağa yönəlmiş təxribat kimi baxmaq lazımdır”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir