Rusiya MN-in hesabatında erməni terrorçunun təxribatına yer verilmədi

Rusiya Müdafiə Nazirliyi Qarabağdakı Rusiya sülhməramlı kontingentinin noyabrın 13-dəki fəaliyyəti ilə bağlı hesabatı açıqlayıb.

Azinformasiya.Az xəbər verir ki, hesabatda minatəmizləmə əməliyyatlarından bəhs edilsə də, həmin gün Şuşada təxribat törətmiş  1975-ci il təvəllüdlü terrorçu Norayr Mirzoyanın Ermənistana təhvil verilməsi ilə bağlı heç bir məlumat qeyd edilməyib.

Qeyd edək ki, Mirzoyanın təxribatı nəticəsində üç azərbaycanlı hərbçi yaralanıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Şuşa şəhəri yaxınlığında erməni terrorçunun Azərbaycan və Rusiya sülhməramlılarının olduğu posta qumbara atması ilə bağlı birgə açıqlamasında Mirzoyana qarşı bir neçə maddələr üzrə cinayət işi açıldığı qeyd edilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir