Rusiya Makronun BRICS sammitində iştirakını uyğunsuz hesab edir

Rusiya Fransa Prezidenti Emmanuel Makronun BRICS sammitində (Rusiya, Braziliya, Hindistan, Çin, Cənubi Afrika) iştirakını uyğunsuz hesab edir.

 

Azinformasiya.az TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov söyləyib.

“Biz siqnal göndərdik ki, ev sahibi ölkənin preroqativlərinə hörmətlə yanaşı, müəyyən qonaqların dəvət edilməsi BRICS-in xarici siyasətlə bağlı problemlərin həlli metodu kimi prinsipcə birtərəfli sanksiyaları rədd edən dövlətlərin birliyi olması faktına əsaslanmalıdır. Bunu nəzərə alsaq, kollektiv Qərb nümayəndələrinin orada görünməsinin qeyri-adekvatlığı göz qabağındadır”, – nazir müavini vurğulayıb.

Qeyd edək ki, hazırda BRICS-ə Cənubi Afrika sədrlik edir. Təşkilatın sammitinin avqustun 22-24-də Yohannesburqda keçirilməsi planlaşdırılır.

Fransa mətbuatının yazdığına görə, Prezident Emmanuel Makron Cənubi afrikalı həmkarından onun sammitə dəvət olunmasını xahiş edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir