Rusiya heç vaxt Ukrayna ilə danışıqlardan imtina etməyib.
Azinformasiya.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
“Mən sizə dedim, danışıqlardan imtina edən biz deyildik. Biz bunun tərəfdarıyıq. Ukrayna özü özünə danışıqlar aparmaq qadağası qoyub”, – Rusiya lideri vurğulayıb.
Putin, həmçinin qeyd edib ki, Rusiyanın Ukraynadakı münaqişənin həlli ilə bağlı təklifləri döyüş meydanındakı vəziyyətdən asılı olaraq dəyişəcək.
Azinformasiya.az