Rusiya qüvvələri Kiyevə iki ballistik raket atıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Nikolay Oleşçuk “Telegram” kanalında yazıb.
“Səhər saat 10:30 radələrində düşmən müvəqqəti işğal olunmuş Krımdan iki ballistik raketlə Kiyevə hücum edib”.
O qeyd edib ki, Ukraynanın hava qüvvələri bu hücumu zərərsizləşdirib.
“Ukrinform“un məlumatına əsasən, Rusiya raketlərinin parçaları Kiyevin Peçersk, Holosiivsk, Solomyansk və Dnepr rayonlarına düşüb. Peçersk rayonunda Rusiyanın raket hücumu nəticəsində 4 nəfər yaralanıb.
Azinformasiya.az