Rusiya “İskəndər”lə Nikolayev şəhərinə zərbə endirib, 1 nəfər ölüb, 15 nəfər yaralanıb

Rusiya ordusu Ukraynanın Nikolayev şəhərinə kaset başlıqlı “İskəndər” ballistik raketi ilə zərbə endirib, nəticəsə bir nəfər həlak olub, 15 nəfər yaralanıb.

 

Azinformasiya.az “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Nikolayev Regional Administrasiyasının rəhbəri Vitaliy Kim bildirib.

Yaralananlar arasında azyaşlının da olduğu bildirilir.

Rusiya ordusunun hücumu şəhərdə ciddi dağıntılara səbəb olub və yerli hakimiyyət orqanları vəziyyəti nəzarət altında saxlamaq üçün tədbirlər görür.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir