Rusiya ordusu Ukraynanın Çerniqov vilayətinin Novqorod-Şervenski şəhərinə “Şahed” dronları ilə zərbələr endirib.
Azinformasiya.az xəbər verir ki, vilayətin rəhbəri Vyacheslav Çaus “Telegram”da bildirib ki, hücum nəticəsində 4 nəfər həlak olub, 7 nəfər yaralanıb.
Onun sözlərinə əsasən, həlak olanlar və yaralananlarln hamısı mülki şəxslərdir, xəsarət alanlardan biri 10 yaşlı qızdır.
Azinformasiya.az