Rusiya HAMAS-a təşəkkür edib

Rusiya iki vətəndaşının girovluqdan azad edilməsinə görə HAMAS rəhbərliyinə minnətdardır və həbsdə olan digər rusiyalıların tezliklə azad edilməsinə çalışacaq.

 

Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“HAMAS hərəkatının başçılığı ilə əldə olunan razılığa əsasən, noyabrın 29-da Qəzza zolağında girovluqda olan həmyerlilərimiz Yelena Trufanova və İrina Tatti azad edilib”, deyə Rusiya XİN rəsmisi qeyd edib.

Zaxarova bildirib ki, Rusiya vətəndaşlarına evlərinə geri qayıtmaq imkanı anklavdakı girov qadınların və uşaqların bəzilərinin İsrail həbsxanalarında saxlanılan fələstinli məhbuslarla dəyişdirilməsi üçün İsrail və HAMAS arasında əldə olunan razılaşma ilə əlaqəsi olmadan verilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir