Rusiya hərbi qüvvələri Xarkov vilayətini atəşə tutub, yaralılar var

Rusiya hərbi qüvvələri Ukraynanın Xarkov vilayətinin Kovşarovka kəndini atəşə tutub, yaralılar var.

 

Azinformasiya.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Xarkov vilayətinin rəhbəri Oleq Sinequbov bildirib.

Onun sözlərinə əsasən, atəş nəticəsində 73, 85 və 90 yaşlı 3 nəfər, habelə hamilə qadın, 14 yaşlı yeniyetmə və 10 yaşlı uşaq xəsarət alıb.

Kənddə yataqxana binası, 2 fərdi yaşayış evi və qaz xətti zədələnib.

Rusiya qüvvələri Qluşkovka kəndini də atəşə tutublar. Orada 60 yaşlı qadın yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir