Rusiya-Gürcüstan danışıqlarının növbəti raundu da uğursuz başa çatıb

Rusiya və Gürcüstan arasındakı Cenevrə beynəlxalq müzakirələrinin 58-ci raundu uğursuz başa çatıb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsalia məlumat verib. O, bildirib ki, danışıqların bu raundunda da destruktiv mövqe nümayiş etdirmiş Rusiya nümayəndə heyəti müzakirə masasını vaxtından öncə tərk edib.

“Qaçqınların qayıtması Cenevrə müzakirələrinin əsas məsələlərindən biridir. Təəssüf ki, Rusiya nümayəndə heyəti bu məsələ gündəliyə gələn kimi müzakirə masasını tərk etmək praktikasına davam edir. Bunun diqqət mərkəzində olan bir mövzu olmasına rəğmən, Rusiya Federasiyası bu məsələnin müzakirələrinə başlamağı ilə bağlı heç bir işarə vermir. Təəssüf ki, Rusiya Federasiyası bu raundda da destruktiv idi”, – Darsalia vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir